Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırıldı

Cəmiyyət
23:55 / 11.05.2023
5340
Dolu düşməsi nəticəsində Ağdamın elektrik enerjisi təsərrüfatına dəymiş ziyan aradan qaldırılıb.
Bu barədə Sfera.az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev bildirib.
“Məlum hadisə nəticəsində bir sıra kəndlərdə elektrik enerjisi təsərrüfatına ciddi ziyan dəyib. Dərhal hadisə yerinə “Azərişığın” təmir-bərpa briqadaları gedib və elektrik enerjisinin verilişi qısa zamanda bərpa edilib. Hazırda Ağdam və ölkənin digər regionları keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilir”, - V.Mustafayev bildirib.