Milanın mərkəzində güclü partlayış baş verdi - Yaralılar var/VİDEO

Milanın mərkəzində güclü partlayış baş verdi - Yaralılar var/VİDEO

Bu gün Milanda (İtaliya) partlayış baş verib.
 

Sfera.az bildirir ki, partlayışın şəhərin mərkəzi rayonlarından birində baş verdiyi məlum olub. Bir neçə avtomobil yanıb.
 

İlkin məlumata görə, Milanda baş verən partlayış zamanı 4 nəfər xəsarət alıb.

 

Mobil telefonlarla çəkilmiş ilk şəkillərə görə, bir neçə avtomobil yanıb.


KİV-in məlumatına görə, partlayış Via Pier Lombardo və Vasarini kəsişməsində yerləşir.
Porta Romana ərazisində yaxınlıqdakı məktəb və yaşayış binalarının boşaldılmasına artıq başlanılıb.
 

İtaliya mətbuatının məlumatına görə, oksigen çənləri olan furqon partlayıb, azı dörd nəfər yaralanıb.
 

Mikroavtobusdakı oksigen çənlərinin partladığı ərazinin yaxınlığında qara tüstü aydın görünür.

 

Hazırda yanğın artıq partlayışın episentrinin yaxınlığında yerləşən aptek və evləri əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər gəlib.


Xatırladaq ki, mayın 10-da İsveçdə zavodda partlayış baş verdiyi məlum olub. Fövqəladə hallar xidmətinin məlumatına görə, partlayış yerinin yaxınlığında tək yalnız bir nəfər xəsarət alıb. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı versiyalardan biri də zavodun istehsal etdiyi sursatın partladılmasıdır.
 

Mayın 9-da isə Özbəkistanda yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Yanğın zamanı avtomobillər və onlarda olan maye qaz balonları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, partlayış qaz buraxılarkən texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Xankəndi Sammiti: Regional sabitliyə və davamlı inkişafa keçid

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitinə Azərbaycanın ev sahibliyi etməsi və bu mötəbər tədbirin məhz işğaldan azad edilən Qarabağda - Xankəndidə keçiri...

"ABŞ görüş təklifi etməyib" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi ABŞ Prezidenti Donald Trampın Tehranın amerikalı müzakirəçilərlə görüş tələb etməsi barədə iddialarını təkz...

DTX məlumat yaydı - "Bu görüntüləriniz oğurlanırmış..."

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.   Sfera.az xəbər veri...

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...