Gürcüstanda Rusiyaya görə aksiyalar keçirilir - VİDEO

Gürcüstanda Rusiyaya görə aksiyalar keçirilir - VİDEO

Gürcüstanda Xarici İşlər Nazirliyinin binası yaxınlığında Rusiya ilə birbaşa uçuşların bərpasına və vizaların ləğvinə qarşı müxalifət fəallarının etiraz aksiyaları keçirilib.


Sfera.az bildirir ki, bu barədə “Echo of Caucasus” nəşri məlumat yayıb.
 

"Gürcüstan Xarici İşlər Nazirliyinin binası yaxınlığında Rusiya ilə birbaşa uçuşların bərpasına qarşı mitinq keçirilir. Etirazçılar Rusiya vətəndaşları üçün viza rejiminin tətbiqini tələb edirlər"- xəbərdə deyilir.
 

Videoda “Rusiya işğalçıdır” və ya “Səyahətiniz yaxşı olsun” yazılan fit və plakatlarla Xarici İşlər Nazirliyinin binasına çıxanları görmək olur. Etirazçılar həmçinin Rusiya prezidenti Vladimir Putinin ünvanına nalayiq ifadələr səsləndirirlər.
 

Etirazçılar Putinə “tikan” deyirlər.

 

Gürcüstanda nümayəndəliklərini açmaq istəyən Rusiya aviaşirkətlərinə “fiziki müqavimət”lə üzləşəcəklərini vəd edirlər.
Xarici İşlər Nazirliyinin binası yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları da növbətçilik edirlər.
 

Gürcüstan müxalifətinin lideri, “Droa” partiyasının lideri Elene Xoştariyanın sözlərinə görə, Rusiya aviaşirkətləri Gürcüstanda “fiziki müqavimət”lə üzləşəcəklər.

"Mən Gürcüstanda ofis açmağa cəsarət edən istənilən Rusiya aviaşirkətinə və onların nümayəndələrinə demək istəyirəm. Mən sizi birbaşa hədələyirəm: fiziki müqavimətlə üzləşəcəksiniz, Gürcüstanda fəaliyyət göstərə bilməyəcəksiniz"-deyə Xoştariya bildirib.

 

Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...