Biləsuvarda azyaşlı qardaş-bacı zəhərləndi

Cəmiyyət
17:30 / 11.05.2023
2492
Biləsuvarda azyaşlı qardaş-bacı zəhərlənib.
Sfera.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində yerləşən evlərdən birində qeydə alınıb.
Belə ki, 1 və 3 yaşlı qardaş-bacı zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına gətirilib. Onlara lazımi tibbi yardım göstərilib.
Azyaşlıların dərmandan zəhərləndiyi bildirilir.