Dostu ilə zarafatı baha başa gəldi

Dostu ilə zarafatı baha başa gəldi

Bakıda tanışının telefonunu danışmaq adıyla alıb qaçan şəxs həbs edilib.

 

Sfera.az xəbər verir ki, hadisə 2021-ci ildə baş versə də, yekun məhkəmə qərarı bir neçə gün öncə elan edilib.

 

Belə ki, hadisə zamanı 31 yaşlı Elnur Məlikli gecə saat 2-də Xəyal Zeynalovu (şərti) çayxanaya çağırıb, gəlib onu aparmasını xahiş edib.

 

Xəyal çayxanaya gəlib onu götürdükdən sonra Elnur avtomobili 2 saatlıq ona verməsini istəyib. Lakin Xəyal bundan imtina edib. Bu hərəkət Elnurun xoşuna gəlməyib. Daha sonra avtomobildən düşərək Xəyaldan telefonu danışmaq üçün ona verməsini istəyib. Xəyal özünə məxsus “İphone 12 Pro Max” markalı telefonu Elnura verib. Elnur danışmaq adıyla aldığı telefonu götürüb qaçıb. Xəyal arxasınca çağırsa da, buna fikir verməyib.

 

E.Məlikli telefonun üzərindən sahibinin nömrəsini çıxarıb, öz nömrəsini taxaraq işlədib. Xəyal zəng edib telefonunun qaytarılmasını xahiş etsə də, hər dəfə qaytaracağını deyərək vaxtı uzadıb. Elnur telefonu satmaq istəsə də, “iCloud” parolunu bilmədiyi üçün sata bilməyib. Bundan sonra Xəyal polisə müraciət edib. E.Məlikli polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. E.Məlikli barəsində soyğunçuluq ittihamı ilə cinayət işi başlanıb. Lakin o, telefonu itirdiyini bildirib.

 

Yasamal Rayon Məhkəməsi əməlin soyğunçuluq deyil, dələduzluq olduğu qənaətinə gələrək cinayət işinə xitam verib. Xəyal Zeynalov məhkəmədə Elnurla barışdığını, dəymiş ziyanın ödənildiyini bildirib. Bunu nəzərə alan məhkəmə E.Məliklini məhkəmə zalından azadlığa buraxıb.

 

Lakin prokurorluq hökmdən əvvəlcə Bakı Apellyasiya Məhkəməsinə, daha sonra Ali Məhkəməyə protest verib. Ali Məhkəmə protesti təmin edib və iş yenidən apellyasiya baxışına qaytarılıb. Məhkəmə işi yenidən araşdıraraq qərara gəlib ki, E.Məlikli zərərçəkmişdən 1000 manat dəyərində mobil nömrə, 3500 manat dəyərində “İphone 12 ProMax” markalı mobil telefonu soyğunçuluq edərək alıb və onun barəsində ittiham hökmü çıxarılıb.

 

E.Məlikli 2 il 6 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...