“Ermənistan sülh müqaviləsini yubatmağa çalışır” – Deputat son təxribatdan danışdı

“Ermənistan sülh müqaviləsini yubatmağa çalışır” – Deputat son təxribatdan danışdı

Xəbər verdiyimiz kimi, mayın 10-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.

 

Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.

 

Maraqlıdır, bazar günü Brüsseldə keçiriləcək Azərbaycan və Ermənistan liderlərinin görüşündən bir neçə gün öncə bu cür təxribatların baş verməsi nədən xəbər verir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən deputat Arzu Nağıyev erməni tərəfinin separatçı davranışlarının arxasında dayanan başlıca niyyətdən danışıb:

 

“Məlum məsələdir ki, bütün görüşlərin əsas məqsədi sülh müqaviləsinin imzalanmasıdır.  Artıq 3 platformada – ABŞ, Avropa, Rusiya müstəvisində danışıqlar davam etdirilir. ABŞ-nin vasitəçiliyi ilə baş tutan görüşlərdə bir neçə maddə ilə bağlı razılığa gəlmək mümkün olmasa da, danışıqlar formal xarakter daşımırdı. Ermənilər ciddi cəhdlə çalışırlar ki, sülh müqaviləsi imzalanmasın. Çünki ortalıqda qondarma separatçı qruplaşmanın tez-tez status məsələsini qabartması dayanır. Bu isə məlum məsələdir ki, mümkün deyil. İkinci məsələ ilə Laçın yolunun üzərində qurulmuş sərhəd nəzarət buraxılış məntəqəsinin ləğvi, yaxud rus sülhməramlılarının yoxlama prosesinə cəlb olunması ilə bağlıdır ki, bu da mümkün deyil. Brüssel danışıqlarında da təbii ki, razılaşdırılmamış məqamların müzakirəsinə təkrar qayıtmaq lazımdır. Belə böyük görüşlərdən öncə erməni tərəfinin təxribatları adət halını alıb. Onlar ciddi cəhdlə çalışırlar ki, sülh müqaviləsinin imzalanması uzansın və bugünkü status-kvo saxlanılsın”.

 

Millət vəkili dövlət başçısının Şuşadan verdiyi son mesajı xatırladaraq Azərbaycanın qarşısında iki əsas məqsədin olduğunu deyib:

 

“Bizim qarşıda iki məqsədimiz var – sülh müqaviləsinin imzalanması və daxildə erməni icması ilə danışıqların aparılması. Bundan isə həm erməni müxalif qüvvələri, həm də onların havadarları narahatdır. 30 il müddətində müharibədən dividend götürən və bunu itirən tərəflər danışıqların pozulmasında maraqlıdırlar. Lakin buna baxmayaraq, dövlət başçımızın Şuşadan verdiyi son bəyanatda bir daha mövqeyimiz ortaya qoyuldu ki, biz sülhün tərəfdarıyıq, eyni zamanda ərazi bütövlüyümüzü qoruyub saxlamağa çalışacağıq. Təhlükəsizliyimizə qarşı olan bütün təhdidlərin isə öhdəsindən gələcəyik. Əsas məsələ kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması kimi dinc quruculuq işləridir. Bunun üçün isə sülh müqaviləsinin imzalanması vacibdir”.  

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...