Rabitəbank rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Rabitəbank rəhbərliyi Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

Bugün dahi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu münasibətlə Rabitəbank rəhbərliyi Fəxri xiyabanı ziyarət edib, Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Ümummilli liderimiz Heydər Əliyevə qarşı olan sonsuz hörmət və sevgi qəlbimizdə əbədi yaşayacaq.


Müasir Azərbaycanın müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyev, sosial-iqtisadi böhran keçirən ölkəmizi 1970-1980-ci illərdə keçmiş İttifaqın ən qabaqcıl respublikalarından biri səviyyəsinə çıxarmışdı. Təsadüfi deyil ki, müasir mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi məhz həmin illərdə əsaslanır.

Azərbaycan xalqı Ulu Öndərin bu əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq.

Müstəqil Azərbaycanın qurucusu və memarı, gənc nəslin yaddaşına ölkəmiz üçün həll edici addımları ilə həkk olunan Ümummilli liderimiz Heydər Əliyevə qarşı olan sonsuz hörmət və sevgi qəlbimizdə əbədi yaşayacaq.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...