Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

Unibankın biznes kredit portfeli birinci rübdə 300 milyon manata yaxınlaşıb

2023-cü ilin ilk rübü ərzində “Unibank” KB ASC biznes kreditləşməsini xeyli artıraraq, ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə artaraq, 290 milyon manata çatıb. Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, “Unibank”ı seçən biznes sahiblərinin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41 %-ə yaxın çoxalıb. 

 

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hüquqi şəxs və fərdi sahibkarın hesablaşma kassa əməliyyatları üzrə 14% artım qeydə alınıb. Təkcə korporativ müştəri sayı üzrə artım 38 %-i ötüb. Hüquqi şəxs və fərdi sahibkar olan aktiv müştəri sayı üzrə artım 37 % olub. 2022-ci ilin birinci rübü ilə müqayisədə, bu ilin ilk rübündə korporativ müştərilər üzrə hesablarda qalıq və depozitlər üzrə artım 70 %-ə çatıb. Biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Bu, onlayn kreditlərin satışında qeydə alınan artımda özünü göstərir. Onlayn kreditlərin satışının artımı məbləğ olaraq 18 %-i ötüb. Ümumilikdə isə korporativ müştərilər üzrə kredit satışında artım 34 %-dən çox olub. Hüquqi şəxs və fərdi sahibkarlar üzrə işlək kredit portfelinin artımı isə 15 %-ə yaxınlaşıb.

 

Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi yüksəlmə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 66 % artaraq, 145 milyon manata çatıb. Portfel üzrə verilən mikrokreditlərin sayı 2022-ci ilin birinci rübü ilə müqayisədə 46 %,  müştəri sayı isə 41 % artıb.  Ötən ilin uyğun dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 22 %, məbləğində isə 36 %  artım var.

 

“Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, birinci rüb ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. Verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək ona ayrılacaq kreditin məbləğini və şərtlərini anında təyin edə bilir. 

 

Unibank- Sənin Bankın!


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...