Kibariye səhnədə yıxılıb xəstəxanalıq oldu - VİDEO

Kibariye səhnədə yıxılıb xəstəxanalıq oldu - VİDEO

Türkiyəli müğənni Kibariye səhnədə yıxılıb.

 

Sfera.az bildirir ki, hadisə Mersin şəhərində konsert zamanı baş verib.

 

Belə ki, sənətçi üçün səhnəyə çıxan fanat ona tərəf qaçmağa başlayıb, mühafizəçisi olduğu düşünülən şəxs isə müdaxilə zamanı Kibariyeyə dəyərək onu yerə yıxıb.

 

Zərbəyə məruz qalan Kibariye təxminən 2 metr hündürlükdən səhnədən aşağı düşüb.

 

Xəsarət alan ulduz əvvəlcə yaxınlıqdakı özəl xəstəxanaya, daha sonra Mersin Şəhər Xəstəxanasına aparılıb və orada müalicə olunub.

 

“Şükürlər olsun ki, həyati təhlükəsi yoxdur.  Müşahidə prosesi tamamlandıqdan sonra evə buraxılacaq”, - sənətçinin meneceri Harun Belenkog söyləyib.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR