"ABŞ Türkiyədəki seçkilərə müdaxilə edəcək" - ŞOK İDDİA

Siyasət
14:27 / 10.05.2023
2827
"ABŞ bu bazar günü Türkiyədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışır".
Sfera.az "Milliyet"ə istinadən bildirir ki, bu iddia ilə Türkiyənin daxili işlər naziri Süleyman Soylu çıxış edib.
“ABŞ-nin seçkilərə müdaxilə planları güclənir. Ona görə də Qərb mətbuatı ABŞ-nin planını həyata keçirmək üçün seçkilərə müdaxilə edir. Qərb 1960-cı ildən sonra sistemimizə sızdı, lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün bu Qərb sızmalarını aradan qaldırdı. 2023-cü il seçkilərində qələbə qazandığımız andan respublikada yüz illik sabitlik başlayacaq”, - S.Soylu bildirib.
İnci