"Qanunvericilikdə dəyişiklik etmək, qarşısını vaxtında almaq lazımdır" - Ekspertdən skuterlərlə bağlı AÇIQLAMA

Avropada elektrikli skuterlərdən istifadə ilə bağlı bəzi qaydalar müəyyən edilib. Qaydalara yaş həddi, haralarda istifadə edilə biləcəyi ilə bağlı təlimatlar daxildir. 

 

Son zamanlar xüsusilə yeniyetmələrin şəhərin mərkəzində skuterlərdən istifadəsinin şahidi oluruq. Bu isə əhalini narahat edən faktorlardan biridir. Məsələn, Nizami küçəsində, yaxud Milli Parkda gəzintiyə çıxan və ya hərəkət edən insanlar rahatlıqlarının pozulduğunu deyirlər. Hətta zaman-zaman yüngül qəzaların da şahidi oluruq.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, artıq skuterlər həyatımıza daxil olub və yeni nəqliyyat vasitəsi kimi istifadə edilir:

 

“Böyüklü-kiçikli, kimin işinə yarayırsa, bu cür nəqliyyat vasitələrindən işə, dərsə və ya hətta bazara getmək üçün istifadə edir – bütün işlərini həll edə bilirlər. Lakin hər bir yenilik özü ilə müəyyən problemlər gətirdiyi kimi skuterlərin geniş yayılması da müəyyən narahatlıqlar gətirir. Onların yollarda düzgün istifadəsi qanunla tənzimlənmir. Hələlik qanunvericilikdə bununla əlaqəli boşluq var”.

 

Müsahibimiz bildirib ki, skuter nə velosipedçinin hüquq və vəzifələrini özündə əks etdirir, nə piyadaların, nə də moped istifadəçilərinin:

 

“Yeni nəqliyyat növü kimi “skuter” termin olaraq qanuna daxil edilməlidir. Məsələn, velosipedçilərin hüquq və vəzifələri onlara da şamil olunmalı, yaş məhdudiyyəti tətbiq edilməlidir, necə ki, velosipedçilərə aid qanunda bu, nəzərdə tutulur. Belə ki, ümumi istifadədə olan yollara yalnız 14 yaşdan yuxarı şəxslər velosipedlə çıxa bilir.  Skuterlə bağlı isə qarışıqlıq var. Qanunvericilikdə bununla bağlı dəyişiklik etmək və ciddi təbliğat işlərinə başlamaq lazımdır. Çox təəssüf ki, bizdə ağır faciələr, dəhşətli hadisələr baş verəndən sonra qanunları dəyişməyə başlayırlar. Amma bunun qarşısını vaxtında almaq mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...