Bakıdakı "Xruşşovka"larla bağlı YENİ XƏBƏR

Cəmiyyət
12:05 / 10.05.2023
2184
Bakıdakı “Xruşşovka” binaların sayı 3 minə yaxındır.
Sfera.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
İcra başçısı qeyd edib ki, bu binaların hər birində kifayət qədər ailə məskunlaşıb:
“Təbii ki, bu binaların sökülməsi məsələsi gündəmdədir. Hazırda bununla bağlı işlər aparılır”.