Kulebadan əks-hücum planı ilə bağlı ETİRAF: “Bunun sonu..”

Dünya
10:47 / 10.05.2023
2735
“Planlaşdırılan əks-hücum əməliyyatının nə ilə nəticələnəcəyini bilmirik”.
Sfera.az bildirir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba deyib. O, etiraf edib ki, Ukrayna qoşunlarının yaz hücumları münaqişənin həllinə və Kiyevin məqsədlərinə çatmasına səbəb olmayacaq.
“Bu əks-hücumun sonuncu olduğunu düşünməyin, çünki bunun nə ilə bitəcəyini bilmirik”, deyə nazir “Bild” nəşrinə açıqlamasında söyləyib.
Qeyd edək ki, bundan əvvəl Kuleba Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatının Rusiya ilə qarşıdurmada son döyüş olmayacağını bildirmişdi. Onun sözlərinə görə, həlledici döyüş Ukrayna ərazilərinin tam azad edilməsinə gətirib çıxarmalıdır.
Günay Rəsulqızı