Donald Tramp jurnalistə qarşı zorlama cəhdində təqsirli bilindi

Dünya
10:34 / 10.05.2023
2703
ABŞ-də məhkəmə keçmiş prezident Donald Trampı yazıçı və jurnalist Elizabet Jean Carrolla qarşı zorlama cəhdində təqsirli bilib.
Sfera.az "CNN"ə istinadən xəbər verir ki, məhkəmə Trampdan Kerola 5 milyon dollar təzminat ödəməsini tələb edib ki, bunun da 2 milyonu cinsi təcavüzə, 3 milyonu isə böhtana görə nəzərdə tutulub.
Xatırladaq ki, 2019-cu ildə Kerroll Trampı zorlama cəhdində ittiham edib. Jurnalistin sözlərinə görə, 29 il əvvəl, 1996-cı ildə ABŞ-nin keçmiş prezidenti onu mağazanın soyunub-geyinmə otağına aparıb və orada zorakılıq hərəkətləri edib.
Tramp isə Carroll ilə heç vaxt görüşmədiyini iddia edir. O, ittihamı “siyasi təqib” və “rüsvayçılıq” adlandırıb.
İnci