Cennifer Lopez özünü makiyajsız göstərdi - VİDEO

Cennifer Lopez özünü makiyajsız göstərdi - VİDEO

Amerikalı müğənni və aktrisa Cennifer Lopez İnstaqramda yeni dəriyə qulluq videosu yerləşdirərək pərəstişkarlarına özünün "Bronx Goddess Glow" ticarət markasından istifadə qaydasını göstərib.
 

Sfera.az bildirir ki, videoda ulduz öz “JLO Beauty” məhsul xəttini nümayiş etdirib. Cey Lo öz brendinin dəriyə qulluq məhsulları haqqında danışmaq üçün abunəçilərə makiyajsız təmiz üzünü göstərib.


"Çoxunuz mənim beş dəqiqəlik sürətli görünüşümün nə olduğunu soruşursunuz. Mən buna Bronx Goddess Glow deyirəm və bu, dörd asan addımdan ibarətdir”- deyə Ceniffer Lopez bildirib.
 

JLo öz marka serumunu tətbiq etməklə başlayıb və izah edib ki, onun "Bronx Goddess Glow" seriyası dostları ilə rahat bir ziyafət üçün mükəmməldir: "Bu, ziyafət üçün həqiqətən sürətli bir şey etməli olduğunuz zamanlar üçündür. Çox təlaşlısansa, heç kəsi heyrətləndirməyə deyil, sadəcə ən yaxşı görünməyə çalışırsan."
 

Cennifer daha sonra bir az nəmləndirici tətbiq edib və alt göz qapaqlarına göz kremi çəkib. O, görünüşünü kontur, çəhrayı şampan işıqlandırıcı, tuş və dodaq parıldadıcısı ilə tamamlayıb.
 

"Bir az dodaq boyası heç kimə zərər verməz".
 

Son məcburi atribut ulduzun sevimli halqa sırğaları olub.

 

Aysel

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Milli Məclisin növbədənkənar iclasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessisiyası üzrə növbəti iclasının vaxtı açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat...

MİQ-də qiymətləndirmə bu meyarlarla aparılır

“Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə imtahanda namizədlər fənn, pedaqogika və fənnin tədrisi metodikası üzrə suallar əsasında qiymətləndirilirlər”. ...

"Namizədlər arasında gənclər çoxdur"- MÜTDA rəsmisi

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından x...

Bakının bəzi ərazilərində su kəsiləcək - Magistral Kəmər Yenilənir

Bakıda magistral su kəməri yenilənir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin ...

“1001 Sevinc”də 1 manata 5 "iPhone 16 Pro Max" uduldu

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”  oyunçularını sevindirməyə davam edir.  Bu dəfə ...

"Sabit tarif aylıq 1 manatı aşmayacaq" - Nazir müavini

"Sabit tarifin tətbiqində məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətlə bölünməsi və bunun tariflərin artırılma...