AZAL-dan uşaqlara Dubayda pulsuz yay istirahəti

AZAL-dan uşaqlara Dubayda pulsuz yay istirahəti

"Azərbaycan Hava Yolları" (AZAL) şirkəti yay tətilini Dubayda keçirmək istəyənlər üçün yeni kampaniya elan edib. AZAL aviaşirkətinin xüsusi təklifi sayəsində dünyanın ən sürətlə inkişaf edən şəhərində uşaqlarla istirahət daha əlçatan olacaq. Mayın 8-dən iyunun 7-dək böyüklər üçün iki aviabilet alarkən şirkət 12 yaşınadək uşaq üçün üçüncü aviabileti hədiyyə edir.

 

Bu barədə Sfera.az-a Dubay İqtisadiyyat və Turizm Departamentindən bildiriblər.

 

Məhdud təklif 2023-cü il iyunun 1-dən avqustun 30-dək - yay mövsümündə həyata keçirilən uçuşlar üçün etibarlıdır. Təklif 2023-cü il iyunun 28-dən iyulun 2-dək olan dövrdə səyahət tarixlərinə şamil edilmir. Bundan əlavə qeyd etmək lazımdır ki, uşaqlar üçün pulsuz biletlərə sərnişinlər tərəfindən ayrıca ödənilən hava limanı haqları tətbiq olunur.

 

Unikal təklifdən faydalanmaq və uşaqlara pulsuz aviabilet əldə etmək üçün turizm agentliyi və ya [email protected] saytında "Azərbaycan Hava Yolları" çağrı mərkəzi vasitəsilə iki yetkin sərnişinə aviabilet almaq lazımdır. Təklif yalnız göstərilən kanallar vasitəsilə bilet alarkən etibarlıdır.

 

Dubaya gəldikdən sonra səyahətçiləri daha bir xoş sürpriz— uşaqlar üçün “Kids Go Free” xüsusi təklifi gözləyir ki, bu da ailə səyahətini daha da maraqlı edəcək. Uşaqlar “Kids Go Free” ilə təkcə Dubaydakı lüks otellərdə pulsuz qalmaqla yanaşı, həm də kinoteatrlar, əyləncə kompleksləri və şəhərin müxtəlif mənzərələri, əfsanəvi “Bürc Xəlifə” qülləsi və hətta Madam Tüsso Muzeyi də daxil olmaqla şəhərin bir çox görməli yerlərini pulsuz ziyarət edə biləcəklər.

 

Bundan başqa, qonaqlar eksklüziv erkən bronlaşdırma aksiyasından yararlana və şəhərdə daha uzun müddət qalmaq, məşhur qapalı xizək kompleksi də daxil olmaqla daha maraqlı yerləri ziyarət etmək üçün çoxlu endirimlər əldə edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...