Ancelina Coli xərçəngdən ölən mərhum anası haqqında danışdı - FOTO

Ancelina Coli xərçəngdən ölən mərhum anası haqqında danışdı - FOTO

Ancelina Coli Ümumdünya Yumurtalıq Xərçəngi Günü şərəfinə 2007-ci ildə döş və yumurtalıq xərçəngindən dünyasını dəyişən mərhum anasını yad edib və qadınları sağlamlıqlarına qarşı diqqətli olmağa çağırıb.


Sfera.az bildirir ki, aktrisa İnstaqram hesabında anası Marcheline Bertrand ilə arxiv fotosunu yerləşdirib.


Şəkildə balaca Coli ağ yay paltarında və həsir papaqda anasının yanında poza verib.


Altı uşaq anası fotonun altına "Sabah anamın 73 yaşı tamam olacaqdı. O, 15 il əvvəl süd vəzisi və yumurtalıq xərçəngi ilə uzun sürən mübarizədən sonra dünyasını dəyişib. İyun ayında onun olduğu yaşım olacaq. Riskləri azaltmaq üçün profilaktik cərrahiyyə əməliyyatı keçirdim, amma testlərə davam edirəm”.


"Anam Hendriksi sevirdi. O, həmişə məktublarını "Cənnət Öpüşü" imzası ilə yazırdı. Ölümündən sonra bu, yeni məna kəsb etdi”-deyə Coli davam etdi. bu an sizin və sevdiyiniz insanların həyatı üçün mübarizə aparan digər qadınlar üçün, lütfən, özünüzə qayğı göstərməyə vaxt ayırın və mamoqramma, qan testi və ya ultrasəs müayinəsindən keçin, xüsusən də ailənizdə xərçəng xəstəliyi varsa #dünyaxərçənggünü."

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR