Bakıxanovda evdən pul və qızıl oğurlayan şəxs tutuldu

Bakıxanovda evdən pul və qızıl oğurlayan şəxs tutuldu

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR