TƏBİB: “Xarıbülbül” Festivalına həkim briqadaları təhkim olunub - FOTO

TƏBİB: “Xarıbülbül” Festivalına həkim briqadaları təhkim olunub - FOTO

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları təhkim olunublar.

 

Bu barədə Sfera.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, eyni zamanda TƏBİB-in tabeliyindəki Şuşa Modul Tipli Xəstəxana festival ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib, tibb müəssisəsinə Bakı şəhərindən mütəxəssislər ezam edilib. Hazırda tibb müəssisəsində cərrah, travmatoloq, toksikoloq, terapevt, anestezioloq, dermatoloq, stomatoloq, ultrasəs üzrə mütəxəssislər və s. ehtiyac yarandığı hallar üzrə qonaqlara, xidməti vəzifəsini həyata keçirən digər şəxslərə ixtisaslı xidmət göstərmək üçün hazır vəziyyətdədir.

 

Şuşa şəhərində qonaqların yerləşdirildiyi 2 mehmanxana ərazisi və festivalın keçirildiyi Cıdır düzündə həkim briqadaları növbə çəkir, ehtiyacı olanlara simptomatik tibbi yardım göstərirlər.

 

Tibbi yardıma ehtiyacı olanların Modul xəstəxanasına yerləşdirilməsi üçün hər cür şərait yaradılıb. Modul xəstəxanasında dərman və tibbi ləvazimatların sayı, eləcə də çeşidləri artırılıb.

 

Füzuli və Beyləqan rayon mərkəzi xəstəxanalarında çarpayı və tibbi personal hazır vəziyyətə gətirilib. Hər iki rayon xəstəxanasından 2 tibbi briqada zərurət yarandığı təqdirdə Şuşa şəhərinə ezam üçün hazır vəziyyətə gətirilib.

 

Şuşaya yaxın ərazilərdə yerləşən rayon mərkəzi xəstəxanalarında 24 saat ərzində tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yaradılıb.

 

Qeyd edək ki, 9-11 may tarixlərində davam edəcək festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunur.


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...