Kim Çen İnin yeni varisi qızı olacaq? - Şimali Koreya liderinin dünyaya verdiyi MESAJ

Kim Çen İnin yeni varisi qızı olacaq? - Şimali Koreya liderinin dünyaya verdiyi MESAJ

Dünyanın ən qapalı ölkələrindən olan Şimali Koreyada ötən ilin sonlarından lider Kim Çen İnın 10 yaşındakı qızı Kim Ju Ae xəbərlərdə tez-tez görünməyə başlayıb. Ötən ildən bəri kiçik qız artıq bir neçə dəfə yerli və xarici ictimaiyyətə görüntülənib. 


Sfera.az “Aljazeera”ya istinadən xəbər verir ki, 10 yaşlı qız ilk dəfə böyük ballistik raketin sınağı zamanı atasının yanında göstərilib. Bu görüntülər Qərb mediasından gələn ilk şərhlərdə Kim Çen İnın öz varisini elan etməsi kimi şərh olunmuşdu. Digərləri bu görüntüləri adi bir xəbər kimi qiymətləndirib. 


Bəs həqiqət nədir? 


Kim Ju Ae-nın tez-tez görünməsini “Aljazeera”ya “Kim İr Sendən əvvəl Şimali Koreya” kitabının müəllifi, Seulda yaşayan tarixçi və aparıcı, Şimali Koreya alimi Fyodor Tertitski şərh edib. 


O hesab edir ki, Ju Ae-nin göstərilməsi müxtəlif mesajlar göndərmək üçün nəzərdə tutulub: “Mesajlardan biri beynəlxalq auditoriya, digəri isə Şimali Koreya ictimaiyyəti üçün göndərilib. Əsas mesaj odur ki, Kim Çen İn bir güc simvoludur, hər an raketlərdən istifadə etmək qüdrətinə sahibdir. Amma Ş.Koreya lideri qızı ilə görüntülənməklə Şimali Koreyada sabitik olduğunu göstərmək istəyir. Bildirir ki, heç kim ölkəyə hücum edə bilməz, çünki Koreyada bu raketlər var və mövcud rejim daha bir nəsil üçün davam edə bilər”. 


Tertitski düşünür ki, Kim Çen İn qızını gələcək varis kimi nəzərdən keçirir. Lakin hələ yekun qərarını verməyib: “Qızının indi üzə çıxarılması Şimali Koreyada, Siyasi Büro üzvlüyünün demək olar ki, tamamilə kişilərdən ibarət olduğu bir ölkədə, elit rəyi yoxlamaq üçün bir yol da ola bilər. Şimali Koreyada lider kimi varis edirsə, o, yekdilliklə qəbul olunur. Bununla belə onun uğuru azdırsa, liderin ətrafında olan şəxslər hakimiyyətə itaətsizlik edə bilər. Qızın tez-tez görünməsi siyasi elitanın rəyini yoxlamaq cəhdi kimi də qiymətləndirilməlidir”. 


Vasif


OXŞAR XƏBƏRLƏR