Rusiya-Ukrayna müharibəsinin 440-cı günü: Əsas hadisələrin siyahısı

Rusiya-Ukrayna müharibəsinin 440-cı günü: Əsas hadisələrin siyahısı

Artıq 440 gündür, Rusiya-Ukrayna müharibəsi davam edir.

 

Sfera.az bildirir ki, Rusiya  İran istehsalı olan 60 kamikadze pilotsuz uçan aparatından atəş açsa da, onların hamısı zərərsizləşdirilib. Bununla belə, dağıntılar mənzillərə və digər binalara dəyib, ən azı dörd nəfər həlak olub. Ukrayna silahlı qüvvələrinin məlumatına əsasən, Zaporojya vilayətində 20-dən çox şəhər və kənd, həmçinin,  Xerson şəhəri və bu bölgədəki ən azı yeddi başqa mərkəz də atəşə tutulub. Zaporojya vilayətinin Moskva tərəfindən təyin edilmiş qubernatoru Yevgeni Balitski bildirib ki, atəşə məruz qalan cəbhə xəttinə yaxın ərazilərdən 3 minə yaxın mülki şəxs təxliyə edilib. O, Avropanın ən böyük, Rusiyanın nəzarətində olan Zaporojjya Atom Elektrik Stansiyasında əməliyyatların dayandırıldığını bildirib.

 

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə Baxmut və ətraf rayonlarda şiddətli döyüşlərin davam etdiyini qeyd edib. “Vaqner” muzdlular qrupunun rəhbəri Yevgeni Priqojin bildirib ki, onun qoşunları uzun müddət mühasirədə olan şərqi Ukrayna şəhərini ələ keçirmək üçün lazım olan sursatları almağa başlayıb. Böyük Britaniyanın Müdafiə Nazirliyinin məlumatına əsasən isə, Rusiya Ukraynadakı müharibədə xidmət etmək üçün Mərkəzi Asiya vətəndaşlarını hədəfə almağa başlayıb. Qeyd olunub ki, Rusiya gələn gəmiləri qeydiyyata almaqdan imtina edərək, mayın 18-də başa çatan Qara dəniz taxıl müqaviləsini faktiki olaraq dayandırıb. Moskva qlobal ərzaq böhranını yumşaltmaq üçün nəzərdə tutulan sazişdən çıxmaqla hədələyib.

 

Digər tərəfdən, İtaliya “qətiyyətlə” Ukraynada olan hər hansı vətəndaşına ölkəni tərk etməyi tövsiyə edib. İtaliya Xarici İşlər Nazirliyi  “Kiyevə və bütün Ukrayna ərazisinə getdikcə daha güclü raket hücumları” ilə bağlı xəbərdarlıq yayımlayıb. Berlin məhkəməsi isə İkinci Dünya Müharibəsinin anım mərasimləri zamanı Almaniyanın paytaxtında Rusiya bayraqları və simvollarının nümayişini qadağan edib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR