ABŞ-nin növbəti hərbi yardımı: Ukraynaya 1,2 milyard dollarlıq silah veriləcək 

ABŞ-nin növbəti hərbi yardımı: Ukraynaya 1,2 milyard dollarlıq silah veriləcək 

ABŞ Ukraynaya daha 1,2 milyard dollar dəyərində hərbi yardım edəcək. 


Sfera.az xəbər verir ki, bununla bağlı Associated Press (AP) məlumat yayıb. 


Agentliyin məlumatına görə, ABŞ Ukrayna Silahlı Qüvvələrini hava hücumundan müdafiə sistemləri, artilleriya vasitələri və sursatlarla təmin edəcək. Bunlardan başqa ABŞ Ukrayna üçün pilotsuz uçuş aparatlarının alınmasını da maliyyələşdirəcək.


Son yardım paketi nəzərə alınarsa, ABŞ-nin Ukraynaya hərbi yardımının ümumi dəyəri 37 milyard dolları ötəcək. 


Bundan bir neçə gün əvvəl ABŞ Ukraynaya 300 milyon dollarlıq yardım paketi ayırmışdı. Buraya HIMARS raket sistemləri üçün döyüş sursatı, atıcı silahlar, haubitsalar, yük maşınları və ağır texnikanın daşınması üçün qoşqular daxil idi. 


Vasif


OXŞAR XƏBƏRLƏR