ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!

ABB investisiya imkanlarını hər kəsə əlçatan etdi!

ABB daha bir faydalı layihəsini təqdim edir. Bankın mobil əlavəsi olan ABB mobile tətbiqində investisiya imkanları da yaradılıb.

 

Bankın törəmə şirkəti “ABB-İnvest”-lə inteqrasiya sayəsində tətbiqdə bu şirkət vasitəsilə investisiya xidmətləri göstərilir. İstifadəçilər ABB mobile-da investisiya profili yaradaraq səhm və digər qiymətli kağızların alqı-satqısı ilə məşğul olub qazanc fürsətlərindən faydalana bilərlər.

 

Hələlik ABB mobile ilə ABŞ fond bazarlarında investisiyalar etmək mümkündür. Yaxın gələcəkdə isə imkanlar daha da genişləndiriləcək.

 

ABB mobile tətbiqi ilə investisiya edib qazanmaq təhlükəsiz, rahat və sadədir. İnvestisiyanı məhz ABB mobile ilə etməyin başqa bir çox mühüm üstünlükləri də var:

 

-Müştəri birbaşa öz adına səhmlər və digər qiymətli kağızlar alıb-sata bilir.

 

-250 000 ABŞ dollarınadək pul vəsaiti olmaqla, 500 000 ABŞ dollarınadək qiymətli kağızlar ABŞ-ın qiymətli kağızlar sahəsində İnvestorların Müdafiəsi Korporasiyası  (The Securities Investor Protection Corporation) tərəfindən dərhal sığortalanır.

 

-İnvestisiyaya başlamaq üçün müştəri lazımi sənədləşmələri filiala gəlmədən, SİMA rəqəmsal imzası ilə tam onlayn həyata keçirir.

 

-Anında yenilənən investisiya portfelini və pulqabındakı dividend qazancını daim nəzarətdə saxlaya bilir.

 

-Səhmləri tam, yaxud hissəvi almaq imkanı var. İnvestisiyaya kiçik məbləğlərlə də başlamaq olar.  

 

Üstəlik, mayın sonuna qədər ABB mobile üzərindən investisiya hesabı açan istifadəçilər qiymətli kağız alışlarını komissiyasız edəcəklər.

 

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “ABB mobile tətbiqimizin funksionallıqları getdikcə genişlənir. O, müştərilərimizin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını qarşılayan universal platformaya çevrilir. Bu dəfə “ABB İnvest” şirkətimizlə ABB mobile-ın imkanlarını birləşdirdik və investisiya fəaliyyətini hər kəsə əlçatan etdik. Bu yenilik ABB mobile istifadəçiləri üçün yeni qazanc fürsətləri yaradacaq”.

 

ABB mobile tətbiqi ilə investisiya imkanları haqqında daha ətraflı məlumatları buradan əldə etmək olar. İnvestisiya imkanlarından hələlik iOS istifadəçiləri yararlana bilər. Yaxın günlərdə isə bu imkan Android istifadəçilərinə də açıq olacaq.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...