Dünya iqlim böhranının çəngində: Rekord istilər...

Dünya iqlim böhranının çəngində: Rekord istilər...

İqlim böhranı müxtəlif ölkələrdə qeyri-adi hava şəraitinə səbəb olur.

 

Sfera.az bildirir ki, Kanadanın Alberta əyalətində ötən həftə başlayan və yayılan meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan edilib. Alberta əyalətinin baş naziri Daniel Smit meşə yanğınlarının nəzarətdən çıxdığını və indiyə qədər 25 min insanın evlərini tərk etdiyini bildirib. Məlumata görə, meşə yanğınları Rusiyanın cənub-qərbinə də təsir edib. Bildirilib ki, Kurqan, Tümen və Sverdlovsk vilayətlərində yanğınların bəziləri nəzarət altına alınıb.

 

Vyetnamda isə indiyə qədər qeydə alınan ən yüksək temperatur 44,1 dərəcə olub. Səlahiyyətlilər isə əhaliyə evdən çıxmamaq barədə xəbərdarlıq edib. Mütəxəssislər iqlim dəyişikliyinə görə bu rekordun qısa müddətdə yenilənəcəyini söyləyiblər.  Avstraliyanın cənub-şərqində isə qar yağıb. Yeni Cənubi Uels əyalətində də oxşar görüntülər qeydə alınıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR