Təhsil kreditinin yarısını mədəkiçiltmə əməliyyatı üçün xərcləyən gənc qızın hekayəsi - FOTO

Təhsil kreditinin yarısını mədəkiçiltmə əməliyyatı üçün xərcləyən gənc qızın hekayəsi - FOTO

Bir çoxları kollecə, universitetə getmək üçün təqaüd və ya kredit alır. Bilirsiniz ki, adətən bu yatırım gələcək həyat üçün istifadə olunur. Amma sizə danışacağımız hekayədə işlər tamamilə fərqlidir.

Sfera.az sizə tələbə krediti ilə əməliyyat olunan qadının hekayəsini təqdim edir.
 

Meqan Fowler adlı qadın təhsil kreditinin təxminən 3600 dollarını Türkiyədə mədə əməliyyatı üçün xərcləyib.


22 yaşlı beynəlxalq biznes tələbəsi adı açıqlanmayan universitetdə oxuyub. Uzun müddətdir çəkisindən şikayət edən Meqan “16 yaşımdan pəhriz saxlayıram. Bütün məşhur pəhrizləri sınadım, amma kökəlməyə davam etdim" - deyir


Əməliyyatdan əvvəl Meqanın çəkisi 152 kq olub.


Meqan :


 

“Mən həmişə güzgülərdən qaçmışam və insanların şəkillərimi çəkməsinə icazə verməmişəm. Mən həmişə şəkli çəkən şəxs olmaq istəmişəm. Arıqlamaq üçün reqbi oynayırdım. Amma çəkim olduğu üçün hərəkət edə bilmirdim. Dostlarımla çölə çıxmağı dayandırdım və özümü evdə bağladım. Bir çox tələbələrin kredit pulu tükənmişdi, amma mən bu pulu həyatımı xilas etmək üçün istifadə etdim. “TikTok” da mədə kiçilməsi əməliyyatı keçirən bir qadın gördüm. Ona görə də əməliyyat etmək qərarına gəldim. Kreditimin bir hissəsini əməliyyata xərclədim. Ailəm bu qərarıma çox da sevinmədi, xüsusən də nənəm çox əsəbiləşdi. Özümü o qədər pis hiss edirdim ki, dərslərə getməməyə başlamışdım. İndi isə özümə inamımı bərpa etdim. Ailəm nə qədər arıqladığımı və nə qədər sevindiyimi görəndə daha çox dəstək oldular”-deyə mediaya müsahibəsində bildirib.


“Çöldən yeməklər sifariş etməyi və lazımsız yemək yeməyi dayandırdım. Yenə yemək bişirməkdən və nə yediyimi dəqiq bilməkdən həzz almağa gəlmişəm. İndi sağlam yaşayıram. Gündəlik qəbul etdiyim 3500 kalorini 1200 kaloriyə endirdim. Köhnə şəkillərimi görəndə nə qədər kök olduğuma inana bilmirəm”.


“Mənim hələ çox yolum var. Qarın gərmə əməliyyatı üçün Türkiyəyə qayıtmaq üçün pul yığıram. Ümid edirəm ki, bir neçə aydan sonra reqbi oynamağa qayıdacağam”.
 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR