Narkotik satan qardaşlar saxlanıldı

Cəmiyyət
22:53 / 08.05.2023
8256
Bərdə Rayon Polis əməkdaşları keçirdikləri əməliyyat nəticəsində 4 nəfər saxlanılıb.
Sfera.az xəbər verir ki, rayon sakinləri Pərviz Məmmədov və onun qardaşı Vüsal Zakir oğlu Məmmədov həmyerliləri Sərdar Yapon oğlu Talıbov, Pərviz Novruz oğlu Bəbirov saxlanılıb. Saxlanılan şəxslərə baxış zamanı üzərlərindən külli miqdarda narkotik vasitələr aşkarlanıb. Əməliyyat axtarış tədbirləri davam etdirilir və hər 4 şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.