Alman həkimi iki xəstəni narkotiklə öldürməkdə şübhəli bilindi

Alman həkimi iki xəstəni narkotiklə öldürməkdə şübhəli bilindi

Berlindəki “Charite” klinikasının keçmiş kardioloqu iki xəstəni öldürməkdə şübhəli bilinərək həbs edilib.

 

Sfera.az bildirir ki, 55 yaşlı həkim ötən ilin avqustunda tibb müəssisəsindən işdən çıxarılıb. Almaniya hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.
 

“Həkim reanimasiya şöbəsində 2021 və 2022-ci illərdə iki halda ağır xəstələrə qəsdən böyük dozada sakitləşdirici dərman qəbul etməkdə şübhəli bilinir. Xəstələrin hər ikisi ölüblər”- deyə polis bildirib.
 

Qeyd edək ki, bu iş üzrə istintaq 2022-ci ilin avqustunda başlayıb, lakin həbs qətimkan tədbirinin verilməsi üçün tibbi rəy tələb olunub və bu, müalicə zamanı istifadə edilən yüksək dozada sakitləşdirici dərmanların tibbi cəhətdən əsaslandırılmadığını göstərib.


"Ümumilikdə kardiologiya şöbəsində çalışan bir işçi ilə bağlı dörd şübhəli ölüm hadisəsi qeydə alınıb, lakin cəmi iki halda təyin olunmuş dərmanların əsassız olduğu aydın olub"- agentlik yazıb.
 

Gün ərzində şübhəlinin həbsi ilə bağlı qərar veriləcək, daha sonra o, Berlin məhkəməsi qarşısına çıxacaq.


"Charite" Almaniyanın ən qədim və ən nüfuzlu tibb mərkəzlərindən biridir və zamanla məşhur siyasətçilərin sığınacağına çevrilmişdir. Belə ki, 2014-cü ildə Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko bura gəlib. Rus müxalifətçiləri də klinikanın xəstələri olub. Məhz buraya rus blogger Aleksey Navalnı 2020-ci ildə köçürülüb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR