"Rabitəbank” ASC-də qanvermə aksiyası keçirildi - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi münasibətilə ötən illərdə olduğu kimi bank bu il də Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində Mərkəzi Qan Bankı ilə birlikdə könüllü qan donorluğuna dəstək tədbiri kimi, qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası keçirilib.

 

Sfera.az xəbər verir ki, Rabitəbank-ın 28 May, 33 ünvanında yerləşən baş ofis əməkdaşlarının könüllü şəkildə iştirak etdiyi aksiyada toplanan qanlar Talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqların müalicəsinə kömək məqsədilə istifadə ediləcək.

 

Məlum olduğu kimi, ölkəmizdə talassemiyalı və digər qan qrupu xəstələrinin donor qanına böyük ehtiyacı vardır. Rabitəbank-ın rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Sözügedən aksiyanın da əsas məqsədi Respublika Talassemiya Mərkəzində qeydiyyata alınmış və mütəmadi olaraq hər ay qan köçürülməsinə ehtiyacı olan uşaqlara dəstək olmaqdır.

 

Tədbir Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında və könüllü donorlar üçün yaradılmış müvafiq şəraitdə keçirilib.

 

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.


OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlıQƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...