Rusiyanın Kiyevə ən böyük kütləvi hücumu: \"Evlər, uşaq bağçaları, məktəblər...\"

Rusiyanın Kiyevə ən böyük kütləvi hücumu: \

Hərbi əməliyyatlar başlayandan bəri Rusiya Kiyevə ən böyük kütləvi hücumunu həyata keçirib. 


Sfera.az xəbər verir ki, bununla bağlı şəhərin meri Vitali Kliçko açıqlama verib. 


O hücumların kütləviliyinə baxmayaraq, insan tələfatının olmadığını söyləyib:

 

“Hava hücumundan müdafiə sistemlərinin mükəmməl işləməsi hesabına heç kim ölməyib. Beş nəfər yaralanıb, onların həyatına heç bir təhlükə yoxdur. Evlərə, uşaq bağçalarına və məktəblərə ziyan dəyib”. 


Mayın 8-nə keçən gecə Ukraynanın bir sıra regionlarına, o cümlədən Kiyev, Nikolayev və Odessaya hava hücumları həyata keçirilib. Ukrayna mediası Kiyev və Odessada partlayışlar barədə məlumat yayıb. 


Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi bölmələrinin və enerji sistemlərinin hədəfə alındığına dair açıqlama verib. Rusiya Prezidenti Vladimir Putin isə bu hücumu Kiyevin hərəkətlərinə, o cümlədən Krımda baş verən partlayışa cavab adlandırıb. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR