Rabitəbank Şəhid övladları üçün Heydər Əliyev Mərkəzinə ziyarət təşkil etdi - FOTOLAR

Rabitəbank Şəhid övladları üçün Heydər Əliyev Mərkəzinə ziyarət təşkil etdi - FOTOLAR

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi ilə əlaqədar bankın əməkdaşları “Heydər Əliyev İli" çərçivəsində Şəhid övladları ilə birlikdə Heydər Əliyev Mərkəzini ziyarət edib. 

 

Sfera.az xəbər verir ki, baş tutan gəzintinin əsas məqsədi cəmiyyətimizdə hər zaman xüsusi sevgi və diqqət ayırdığımız Şəhid ailələrin övladlarına dahi şəxsiyyət Heydər Əliyevin ömür yolunu, siyasətini daha yaxşı aşılamaq və əziz xatirəsini bir daha yad etmək olub.

 

Rabitəbank əməkdaşı ilə birgə uşaqlar gəzinti zamanı Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar, daha sonra Mərkəzin daxilində yerləşən sərgini gəzib, Ümummilli Lider Heydər Əliyevin həyatı haqqında maraqlı faktları öyrəniblər.

 

Uşaqlara Heydər Əliyevin 1923-cü ildən 2003-cü ilədək ömür yolu, həmçinin müxtəlif tarixi dövrlərdə Azərbaycanın ictimai-siyasi həyatında, mədəniyyət, iqtisadiyyat, idman sahələrində baş verən önəmli hadisələr barədə məlumatlar verilib.


Bundan başqa, gəzinti zamanı balaca ziyarətçilərə Ümummilli Liderin hərbi və mülki geyimləri, avtomobilləri, iş masası, müxtəlif illərdə təltif olunduğu ordenlər və medallar kimi dəyərli nümunələr də təqdim edilib.

 


OXŞAR XƏBƏRLƏR

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...