Aybəniz Haşımova Türkanın qətli ilə bağlı sirləri açdı: “Anasını eşitmədi...”

Aybəniz Haşımova Türkanın qətli ilə bağlı sirləri açdı: “Anasını eşitmədi...”

Abşeronda tanınmış plastik cərrah qətlə yetirilib. Ötən gecə 41 yaşlı Türkan Gündüzün ölməsinə dair Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub. 

 

Aparılan araşdırmalarla 56 yaşlı Türkiyə vətəndaşı Muhammet Gündüzün aralarında yaranmış mübahisə zamanı bıçaqla arvadı Türkan Gündüzə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

 

Sfera.az xəbər verir ki, Əməkdar artist Aybəniz Haşımova qətl hadisəsi ilə bağlı açıqlama verib. Sənətçi qətlə yetirilən Türkanənin ailəsini yaxından tanıdığını bildirib:

 

“10-11 il bundan öncə yaşadığımız Bəşir Səfəroğlu küçəsində olan qonşumuzun, hətta ailəvi bir ara get-gəlişimiz olan ailənin qızını, türk vətəndaşı olan əri ürəyinə bıçaq soxub öldürüb.

 

Şok yaşadım eşidəndə və qızın anasının o zaman mənə dediyi söz yadıma düşdü. Ay Aybəniz xanım, mən bu qıza nə dedim, xeyri olmadı, hətta özündən getmə tapmışdı, o oğlana vermirdik deyə dedi. Soruşdum ki, bəs səbəb niyə istəmirdiniz ki, getsin ona? Anası dedi ki, qızımın tayı deyil, qızımdan çox böyükdür. Bəs indi necə yola gedirlər salını verdim, cavabında isə çox qısqancdır dedi. Susdum, heç nə demədim, çünki qısqanclığın sonu yoxdur. Amma nə deyə bilərdim ki? Baxın, bu da son. Xalqın gül kimi qızının həyatını puç etdi vicdansız, xəstə təfəkkürlü insan.

 

O qədər də yaxşı insan idi, heyf, Türkan səndən. Sevda xanımın, Samirənin nə çəkdiyini təsəvvür belə etmək istəmirəm. Allah səbrinizi versin Samirə qızım. Allah Türkana rəhmət etsin, Valideynlərinizi dinləyin, qızlar. Bax, görürsünüz, valideynə qulaq asmayanda necə olur...” (Yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...