Qətlindən əvvəl əri ilə bağlı videonu yaxınlarına göndərib

Qətlindən əvvəl əri ilə bağlı videonu yaxınlarına göndərib

Mayın 7-nə keçən gecə Abşeron rayonu, Novxanıda yerləşən bağ evində tanınmış plastik cərrah Türkan Gündüzün həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı yeni iddialar yayılıb.

 

Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərhum həkimin ölümündən bir neçə gün əvvəl həyat yoldaşı, 1967-ci il təvəllüdlü Muhammet Gündüzün ona xəyanət etməsi ilə bağlı yaxınlarına məlumat verdiyi bildirilir. Belə ki, iddiaya əsasən, Türkan ərinin evdə çalışan xidmətçi qadınla münasibətini əks etdirən görüntüləri onlara göndərib. Bağ evində çəkildiyi ehtimal edilən həmin video dünən gecədən sosial mediada yayılıb.

 

Hadisə zamanı bu görüntülərin rolunun olub-olmaması, cinayətin konkret hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda açılmış cinayət işinin istintaqı davam etdirilir.

 

Qeyd edək ki, ixtisaslı cərrah olan və son illərdə plastik cərrah kimi daha çox tanınan Türkan Yafəs qızı Gündüzün (Hacıyeva) 14 il əvvəl özündən 15 yaş böyük Muhammet Gündüzlə ailə qurduğu və bu izdivacdan iki qızlarının olduğu bildirilir. Ailədən indiyədək ciddi problemin yaranmadığı, cütlüyün ilin bir hissəsini Türkiyədə, qalan hissəsini Bakıda keçirdiyi bildirilir. T. Gündüz sosial şəbəkə hesablarında da həyat yoldaşı və ailəsi ilə bağlı tez-tez paylaşımlar edib.

 

Türkan Gündüz bir sıra tanınmış klinikalarda, eləcə də Türkiyədə “Acıbadem” xəstəxanasında fəaliyyət göstərib, həmçinin vaxtaşırı televiziyalarda qonaq olub. T.Gündüzün son iş yeri Bakıda “City Hospital” klinikası olub.

 

 


OXŞAR XƏBƏRLƏR

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...