“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırıldı

“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırıldı

“Bakı Marafonu 2023”ün qalibləri mükafatlandırılıb.

 

Sfera.az xəbər verir ki, mükafatlandırılma iki kateqoriyada olub.

 

Belə ki, kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunub.

 

1-ci, 2-ci və 3-cü yerlərlə yanaşı, 5 yaş kateqoriyasında (30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş) finiş xəttini keçən qadın və kişi iştirakçılara sertifikatlar təqdim edilib.

 

Qadın və kişi kateqoriyaları üzrə finiş xəttini ilk keçən tələbələr arasında “Gənc ol” (Azercell), eləcə də “Finiş xəttini ilk keçən ən yaşlı iştirakçı”, “Finiş xəttini ilk keçən korporativ iştirakçı”, qadın və kişi kateqoriyaları üzrə finiş xəttini keçən fiziki imkanları məhdud olan ilk 3 iştirakçı nominasiyalarında da mükafatlar verilib. Marafonun sponsorları və tərəfdaşları tərəfindən müxtəlif nominasiyalarda mükafatlar da təqdim olunub.

 

Qeyd edək ki, kişilər arasında ukraynalı Boqdan Simonoviç finişə birinci çatıb. Gürcüstanlı David Karataşvili ikinci, türkiyəli Arkan Çoban 3-cü yeri tutub. Qadınlar arasında ukraynalı Natalya Simonoviç hamını qabaqlayıb. Türkiyəli Hasibe Demir 2-ci, digər Ukrayna təmsilçisi Valentina Poltavska 3-cü olub.

 

Bütün marafon iştirakçılarına və yarışın təşkilində dəstək göstərən könüllülərə sertifikatlar təqdim olunub. Finiş xəttini keçən ilk 2000 iştirakçı isə “Bakı Marafonu 2023”ün medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...

Rusiyada saxlanılan Şıxlinskinin oğlu mediaya danışdı

Bu gün Yekaterinburqda həbs olunmuş Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskinin oğlu Mutvalı Şıxlinski atasının saxlanılması ilə bağlı yerli saytlara açıq...