“SSRİ-ni dirçəltmək istəyirlər”

“SSRİ-ni dirçəltmək istəyirlər”

Rusiya rəhbərliyi indi azad olan respublikaları qoşmaqla Sovet İttifaqını dirçəltmək niyyətindədir, lakin Moldova hadisələrin belə inkişafının əleyhinədir.
 

Sfera.az bildirir ki, bu barədə Moldova prezidenti Maia Sandu Amerikanın “Finantial Times” nəşrinə müsahibəsində bildirib.
 

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Moldova uzun müddət Rusiya ilə Qərb arasında “bufer” rolunu oynasa da, indi ölkəsi Moskvanın kölgəsindən birdəfəlik çıxmaq və Avropa İttifaqının bir hissəsi olmaq istəyir. Moldovalılar 2004-cü ildən NATO və 2007-ci ildən Aİ-nin üzvü olan Rumıniya ilə qonşuluğuna görə “rus dünyası” ilə Avropa arasındakı fərqi aydın görürlər.
 

Eyni zamanda, Moldova əhalisinin təxminən 12%-i rus dilində danışır, Rusiya isə rusdillilərin hissləri ilə oynayır. Ruslar bu insanların dilinin və adət-ənənələrinin təhlükə altında olması və Moldovanın Rumıniyanın bir hissəsi ola biləcəyi qorxusunu artırır. Separatçıların Kremlin dəstəyi ilə hakimiyyəti ələ keçirdikləri Dnestryanıda belə emosiyalar separatçıları daha da qızışdırdı.


"Onlar Sovet İttifaqını dirçəltmək istərdilər. Köhnə günləri qaytarmaq istəyirlər. Biz bunu istəmirik. Moldova 30 il ərzində bufer zonanın bir hissəsi idi və bizim üçün bu, yoxsulluq, korrupsiya, pis idarəçilik, mühacirət demək idi. Biz demokratik dünyanın bir hissəsi olmaq istəyirik”- deyə Maia Sandu bildirib.
 

Maia Sandu hesab edir ki, Ukrayna ələ keçirilsə, ruslar dayanmayacaq, ona görə də indi onun kiçik ordusu olan dövlətinin təhlükəsizliyini yalnız Ukrayna ordusu təmin edir. Müharibənin ilk həftələrində 500 mindən çox qaçqın Moldovaya axışaraq yerli hakimiyyəti çoxlu sayda problemləri həll etməyə məcbur edib.
 

O, əlavə edib ki, Rusiya uzun müddət Moldovanı enerji şantajı ilə idarə etməyə çalışıb. Dnestryanıda enerji resursları və elektrik stansiyası həlledici mübahisə olmaqdan çıxdıqda, o, siyasi sui-qəsdlər və küçə etirazları da daxil olmaqla digər təsir tədbirləri axtarmağa başlayıb. Maria Sandu bildirib ki, Kreml insanları iğtişaşları qızışdırmaq üçün xaricdən Moldovaya çəkmək istəyib.
 

“Rusiyanın planını real hesab etmirəm, lakin o, yenə də bizim hərəkətlərimizə mane olur”- deyə dövlət başçısı bildirib.
 

“Rusiyaya meyl edənlər hələ də var, lakin onların sayı azdır”.


Xatırladaq ki, mart ayının sonunda Maia Sandu Rusiyanın Moldova hökumətini devirmək cəhdləri barədə məlumat vermişdi. Onun sözlərinə görə, Kreml Belarusdan nümunə götürərək Kişinyovda dövlət çevrilişi təşkil etməyi və rusiyayönlü hökumət yaratmağı planlaşdırıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR