DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi

DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə Xidmətin Mədəniyyət Mərkəzində “Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri” adlı elmi-praktiki konfrans keçirilib.

 

Qurumdan Sfera.az-a verilən məlumata görə, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Fəzail İbrahimli, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Sadiq Qurbanov və digər millət vəkilləri, təhlükəsizlik orqanlarının veteranları, xüsusi təyinatlı və mülki ali təhsil müəssisələrinin rəhbərləri və professor-müəllim heyətləri iştirak ediblər.

 

Konfrans Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.

 

Tədbiri giriş nitqi ilə açıq elan edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Heydər Əliyevin mənalı ömrünə nəzər salaraq Ulu Öndərin Vətəni və xalqının rifahı yolunda misilsiz xidmətlərindən, bütün həyatı boyu milli maraqların təmin olunması naminə atdığı qətiyyətli addımlardan geniş söhbət açmışdır. Dahi şəxsiyyətin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ilə əlaqədar fikirlərini bölüşən general-polkovnik Əli Nağıyev Heydər Əliyevin bu qurumda şərəfli xidmət nümunələri yaratdığını, təhlükəsizlik təşkilatının milliləşdirilməsinin məhz onun adı ilə sıx bağlı olduğunu qeyd etmişdir. Bildirilmişdir ki, Heydər Əliyevin vəzifə pillələrində durmadan irəliləyərək, ilk azərbaycanlı kimi təhlükəsizlik orqanının rəhbəri təyin olunması və general-mayor rütbəsinə layiq görülməsi yalnız onun fitri istedadı, dərin analitik təfəkkürü və yüksək bacarıqları nəticəsində mümkün olub.

 

Xidmət rəisi vurğulayıb ki, daima Azərbaycanı müstəqil görmək arzusu ilə yaşayan və bütün dövrlərdə milli mənafelərin təminatçısı olan Heydər Əliyevin dövlətçilik strategiyasını müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət güclü və qüdrətli Azərbaycanı parlaq gələcəyə, işıqlı sabahlara və yeni-yeni zəfərlərə doğru aparmaqdadır.

 

Tədbir, iştirakçıların Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin büstü qarşısında xatirə fotoşəklinin çəkilməsi ilə yekunlaşıb.

 




 


OXŞAR XƏBƏRLƏR

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...

Azərbaycan Polisi 107 yaşında

Bu gün Azərbaycan Polisi yaranmasının 107-ci ildönümünü qeyd edir.   Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin sosial şəb...

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...