Bakıda müğənniyə görə həbs edilən baş həkim azadlığa buraxıldı

Bakıda müğənniyə görə həbs edilən baş həkim azadlığa buraxıldı

Bakı şəhəri, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rauf İsfəndiyarov da azadlığa buraxılıb.

 

Sfera.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, müğənni Dəniz Əsədovanın yarım milyon manatdan artıq pulunu mənimsəməkdə ittiham edilən baş həkim barəsində məhkəmə yeni qərar verib.

 

Belə ki, bu ilin fevral ayında barəsində istintaq müddəti üçün 3 aylıq həbs qəti imkanı seçilən R.İsfəndiyarov barəsində yeni qərar qəbul edilib. Sabunçu Rayon Məhkəməsinin yeni qərarı ilə, o, istintaq müddəti üçün ev dustağlığına buraxılıb.

 

Cinayət işinin istintaqının isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə verildiyi bildirilir.

 

Qeyd edək ki, müğənni Dəniz Əsədova Rauf İsfəndiyarovun ondan yarım milyon manatdan artıq pulu 2017-2018-ci illərdə aldığını deyib. Lakin baş həkim verdiyi vədə əməl etməyərək, pulları da öz şəxsi ehtiyaclarına xərcləyib.

 

Barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə iş açılan baş həkimin müğənniyə vəd verərək 627 min manatlıq dələduzluq etdiyi bildirilir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İranın Ermənistandakı səfirinin əsassız iddialarına cavab verib

İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməsi, yəni İsrail dronların...

Premyer Liqada yeniliklərolacaq

İngiltərə çempionatında əvəz edilən futbolçulardan oyun zamanı müsahibə almağa icazə veriləcək.   Sfera.az xəbər verir ki, yeni mövsümdə "S...

İsrail Ordusu Qəzzada 1 km-lik tuneli belə məhv etdi – ANBAAN VİDEO

  İsrail ordusu Qəzzanın şimalında 1 km-lik tuneli dağıdıb.   Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb....

Kişilər arasında işsizlər qadınlardan ÇOXDUR? – STATİSTİK MÜƏMMA

2025-ci il iyun ayının 1-i vəziyyətinə görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub. Dövl...

Ermənistan İstintaq Komitəsinin binası ətrafında saxlanılanlar var

Ermənistan İstintaq Komitəsinin binası yaxınlığında saxlanılanlar var.   Sfera.az xəbər verir ki, bu haqda “News.am” məlumat yayıb. &n...

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır - Kosaçev

ABŞ Prezidenti Donald Trampın İrana qarşı addımında məqsədi təkcə İsrailə deyil, həm də nüfuzlu monarxiyalar arasından əsas oyunçulara arxalanaraq Yaxın Şərqdə ...