""Vaqner" rəhbərinin Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi Putinə mesajdır" - AÇIQLAMA 

"Rusiya muzdlu hərbi qruplaşması "Vaqnerin" rəhbəri Yevgeni Priqojinin müdafiə naziri və Baş Qərargah rəisini aşağılaması siyasi elita daxilində böhranın kəskin xarakter aldığını göstərir".


Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Ekspert Priqojinin yeni iddialarının olacağından danışıb:


"Baxmutda hərbi uğursuzluq siyasi uğursuzluq gətirərək, sistem daxilində açıq fikir ayrılıqlarına gətirib çıxarıb. Baxmutda ilişib qalmaq ordunun digər ərazilərdə irəliləyişinə mənfi təsir edir. 

Vaqnerin Baxmutda ordudan fərqli olaraq üstünlüyü müdafiə naziri Sergey Şoyqunun Priqojinin küncə sıxışdırması ilə nəticələnir. Y.Priqojin Ukraynada hərbi qələbələr əldə etdikcə, onun siyasi ambisiyaları artır və müdafiə naziri postuna iddia edə bilər. Həmçinin V. Putində Vaqnerin üstünlüyü nəticəsində Y.Priqojinin ona qarşı çıxa biləcəyindən narahatdır. Məhz Y. Priqojinin ötən gün Rusiya ordusunun məğlubiyyətini etiraf etməsi və müdafiə nazirini hədələməsi V. Putinə mesaj idi". 


Politoloq Kremldə çaxnaşmaların yaranacağını deyib:

 

"Demək olar ki, siyasi elita daxilində bir-birlərinə qarşı kompromat savaşı açıq savaşa keçib. Ukraynanın əks-hücumları Rusiya ordusunun ağır məğlubiyyəti fonunda Kremldə çaxnaşmalara gətirəcək. Qeyd edim ki, 9 may paradının ləğv edilməsi, siyasi sistem daxilində böhran və təhlükəsizlik problemlərindən irəli gəlir. Ukraynanın əks-hücumları Rusiya ordusunun ağır məğlubiyyəti fonunda Kremldə çaxnaşmalara gətirəcək".

 

Əzizə
 


OXŞAR XƏBƏRLƏR