DTX-dən "Haytarak" qruplaşmasına aid emblemlərlə çəkiliş aparan qadınlar barədə paylaşım - VİDEO

Ermənilərə məxsus "Haytarak" qruplaşmasının emblemləri ilə Bakıda çəkiliş aparan şəxslər müəyyən olunub.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) feysbuk səhifəsində paylaşım edib.
Sfera.az həmin paylaşımı təqdim edir:
Xatırladaq ki, Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycanda planlaşdırdığı təxribat və onun iştirakçıları ifşa edilib.
“Telegram” kanallarında yayılan videolardan anlaşılıb ki, “Haytarak” radikal qruplaşması Azərbaycanda sanki nümayəndələrinin olması görüntüsünü yaradaraq Bakıda insanlar arasında təşviş yaratmaq istəyib.Şəhidlər xiyabanında ermənilərə məxsus “Haytarak” və “Erməni Ari dövləti” radikal qruplaşmasının emblemlərinin mobil telefonda əks olunmuş fotoşəklinin videoçəkilişləri aparılıb.
Həmin kadrlar sosial şəbəkələrdə yayılan kimi Dövlət Təhlükəsizliyi Xidməti dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb. Məlum olub ki, onlar Rusiyanın müxtəlif yerlərində yaşayan Qurqen Torosyan, Sarkis Arutyunan, İqor Akopcanyan və Artur Martirosyandır.
Qeyd edək ki, DTX əhali arasında təşviş yaratmaq, vahimə salmaq kimi hallara qarşı bundan sonra da qətiyyətli mübarizəsini davam etdirəcək. İnsanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ciddi tədbirlər görüləcək.
Vəsilə İbrahim