İki min etirazçı III Çarlzın tacqoyma mərasiminə qarşı aksiyalar keçirəcək

İki min etirazçı III Çarlzın tacqoyma mərasiminə qarşı aksiyalar keçirəcək

Təxminən 2000 etirazçı bu gün təntənəli kortej yolu boyunca və Trafalqar meydanında III Çarlzın tacqoyma mərasiminə qarşı aksiyalar keçirməyi planlaşdırır. 


Sfera.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

 

Qeyd olunur ki, polis artıq III Çarlza qarşı posterlərlə çıxan antimonarxistləri saxlamağa başlayıb. Britaniya hakimiyyəti də “ekoloji fəalların” etiraz aksiyasını gözləyir.

 

Nəşr onu da yazır ki, tacqoyma Britaniya tarixində təhlükəsizlik baxımından ən böyük tədbir olmalıdır: 11,5 min polis asayişi qoruyacaq, mərasimdə isə 10 min hərbçi iştirak edəcək, damlarda snayperlər növbətçilik edir.

 

Xatırladaq ki, 70 ildən artıq ölkəyə rəhbərlik etmiş Böyük Britaniya kraliçası II Elizabet ötən il sentyabrın 8-də Şotlandiyada 96 yaşında vəfat edib. Şahzadə Çarlz III Çarlz adını alaraq kral olub, arvadı Kamilla kraliça konsorsiumu statusunu alıb. Kral  tacqoyma mərasimi mayın 6-na planlaşdırılıb.

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR