Nüvə böhranı: BMT İrana qarşı yenidən sanskiya TƏTBİQ EDƏCƏK

Nüvə böhranı: BMT İrana qarşı yenidən sanskiya TƏTBİQ EDƏCƏK

ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın Ukraynaya müdaxiləsi və Çinlə gərginliyin artması dövründə İranı nüvə böhranını yenidən alovlandırmaqda ittiham edib. 


Sfera.az xəbər verir ki, bu barədə "Reuters" Agentliyi Avropa mənbələrinə istinadən məlumat yayıb.


Xəbərə görə, Britaniya, Fransa və Almaniya Tehranın nüvə silahı istehsalına yaxın sürətlə uranı zənginləşdirməyə davam edəcəyi təqdirdə, BMT-nin İrana qarşı sanksiyalarının yenidən tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. 


Xatırladaq ki, fevral ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) müstəntiqlərinin İranın Fordo Nüvə Mexanizmində 83,7 faiz saflıqda uran hissəcikləri tapdıqlarını elan etməsindən sonra Qərbin narahatlığı daha da artıb. 

 

İranın yüksək səviyyəli nüvə rəsmisi Tehranın BMT sanksiyalarına boyun əyməyəcəyini deyib:

 

“Əgər başqa tərəflər bunu hər hansı bəhanə ilə gündəmə gətirsələr, bütün nəticələrə görə məsuliyyət daşıyacaqlar. İranın cavabı Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaqdan tutmuş nüvə işlərini sürətləndirməyə qədər dəyişə bilər".

 

Əzizə

 


OXŞAR XƏBƏRLƏR