"ABŞ təzyiq göstərəcək, ermənilər Qarabağdan çıxacaq, sonra Rusiya sülhməramlıları..." - Erməni politoloq

Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanmasına dair Qərbin təkliflərinin olmaması İrəvanın diplomatiyasının uğursuzluğunun əlaməti sayıla bilər.
Sfera.az xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
O, bəzi məlumatlara görə, Ermənistana aydın təkliflərin təqdim olunduğu bildirib:
"İndi danışıqlarda etnik azlıqların hüquqları müzakirə olunur, yəni Dağlıq Qarabağın Azərbaycana verilməsindən söhbət gedir. Ötən gün Nikol Paşinyan parlamenti əmin edib ki, Ermənistan-Azərbaycan nizamlanması ilə bağlı Qərbdən heç bir təklif daxil olmayıb.Təkliflərin olmamasından danışmaq absurddur. Bu cür bəyanatlar rasional deyil, onlara münasibət bildirmək də mümkün deyil. Təbii ki, Ermənistan və Azərbaycan danışıqlar aparır və təbii ki, təkliflər var. Qərbin nəyəsə zəmanət verməyi təklif edib-etməməsi başqa sualdır, amma müzakirə olunan hansısa saziş layihəsinin olması faktdır",- politoloq qeyd edib.
Politoloqun fikrincə, ABŞ Azərbaycan-Ermənistan danışıqları üçün platforma yaradaraq, öz təkliflərini, məqsədlərini ortaya qoyur:
"Birləşmiş Ştatlar bəzi təkliflər verəcək, Ermənistana müəyyən təzyiqlər göstərəcək. Bu barədə "Wall Street Journal" qəzeti yazıb. Aydındır ki, onlar ermənilərə təzyiq göstərərək, Dağlıq Qarabağı tərk etmələrinə dair söz verdirəcəklər. Sonra isə növbə rus sülhməramlılarının çıxarılmasına və Rusiya hərbi bazasının bağlanmasına gələcək”, - o bildirib.
Əzizə