Cərimədən həbsə qədər - 9 Mayı qeyd etmək istəyənlər cəzalandırılacaq

Estoniyada 9 May Qələbə Gününü qeyd etməyə hazırlaşanları cərimələr gözləyir.
Sfera.az bildirir ki, Estoniya Pıxca polis prefekturasının Polis və Sərhəd Mühafizə İdarəsinin polkovnik-leytenantı Yelena Miroşniçenko ölkədə 9 may bayramının keçirilməsi ilə bağlı vəziyyəti jurnalistlərə şərh edib.
"Siz güllərlə qəbiristanlığa gələ bilərsiniz, rəhmətə gedənlərə baş əyib, dönüb gedə bilərsiniz. Polisin təcili tələbi odur ki, yanınızda heç bir simvol olmasın və telefonunuzla aqressiv musiqiyə qulaq asmayın"- deyə polis sözçüsü bildirib.
Miroşniçenkonun sözlərinə görə, mayın 5-dən mayın 9-dək Estoniyada Rusiya Federasiyasının dəstəyi ilə bağlı ola biləcək bütün ictimai toplantılar qadağan edilib.
"Rusiya bayraqları və digər qadağan olunmuş simvollarla yürüşlər keçirilməsinə icazə verilmir"- deyə Miroşniçenko vurğulayıb.
O, Rusiya Federasiyasının ictimai dəstəyinə və simvollarından istifadəyə görə dərhal polis tərəfindən 1200 avro cərimə olunacağına da diqqət çəkib. Həmçinin cinayəti törədən şəxs həbs oluna bilər.
Polis və Sərhəd Mühafizəsinin polkovnik-leytenantı: "Keçən il biz insanlarla danışıqlar aparmağa çalışdıq, qadağan olunmuş simvolları yığışdırmağı xahiş etdik və həmin şəxs razılaşmasa, hərəkətə keçdik. Bu il dialoq olmayacaq" - detə polis sözcüsü bildirib.
Hətta mayın 9-da sosial şəbəkələrində qadağan olunmuş simvolları dərc edənlər də Estoniyada qanun pozuntusuna çevrilərək cərimələnə bilərlər.
Xatırladaq ki, mayın 1-də Latviyada rusiyayönlü qüvvələrin mitinqi olub. “Latviyanın Rusiya İttifaqı” siyasi partiyasının nümayəndələri rusofobiyanı teatrlarda uşaqlar üçün rus dilində tamaşaların ləğv edilməsində görüblər. Həmçinin mayın 9-da “Qələbə günü”nün qeyd edilməsinə qadağa qoyulması rusiyalı tərəfdarların xoşuna gəlməyib.
Xanım
Sfera.az