Amber Heard ABŞ-ı tərk etdi

Amber Heard ABŞ-ı tərk etdi

Amerikalı aktrisa Ember Heard iki yaşlı qızı ilə Madridə (İspaniya) köçüb, dostu, yazıçı Eva Barlou isə ABŞ-da qalıb.


Sfera.az bildirir ki, böhtan iddiasında məhkəmədə Conni Deppə uduzduqdan sonra aktrisa sözün əsl mənasında radarlardan itib. Jurnalist Alison Boşoffun sözlərinə görə, Ember ötən ilin iyununda məhkəmədə keçmiş əri Conni Deppə uduzduqdan sonra mediada görünmür və bu müddət ərzində onun həyatında ciddi dəyişikliklər baş verib.


Qeyd edək ki, keçən iyul ayında Amber Kaliforniyanın Yucca Vadisindəki evini 1,1 milyon dollara satıb ki, bu da onu alarkən ödədiyi qiymətdən təxminən iki dəfə çoxdur.


Oktyabr ayında Eva Barlou ilə aktrisa Mallorcada istirahətə gedərkən və burada paparassilərin obyektivinə düşüb. Həmin vaxt onun adada kirayədə yaşadığı barədə şayiələr yayılıb. İndi isə Hard Madriddən kənarda məskunlaşıb.


Məhkəmə ilə qalmaqaldan sonra aktrisa praktiki olaraq filmlərdə rol almayıb. Onun bu günə qədərki ən son layihələri “Aquaman and the Lost Kingdom” və aşağı büdcəli “On Fire”dır.


Lakin Hardın keçmiş əri Conni Depp tam sürətlə davam edir. O, bu yaxınlarda Baham adalarındakı Little Parrot Cay adasında dostu Jeff Beckin həyat yoldaşı Sandra və onun rəfiqəsi, müğənni Cos Stounun anası Vendi ilə birlikdə istirahət edib.


Mayın 22 və 23-də aktyor Londondakı “Royal Albert Hall”da heyvanların rifahı ilə bağlı xeyriyyə təşkilatlarına dəstək üçün Jeff Beck Benefitdə çıxış edəcək. O, Modigliani haqqında film çəkmək üçün yayda kinoya qayıdacaq və sonra öz qrupu “The Hollywood Vampires” ilə qastrol səfərinə çıxacaq. Bundan əlavə, Conninin Fransa kralını canlandırdığı “Sevimli” filminin ilk tizeri artıq internetdə yayımlanıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR