Ukrayna ordusu “Bayraktar TB2”ni vurdu – SƏBƏB

Dünya
17:10 / 05.05.2023
2891
Ukrayna Türkiyədən aldığı “Bayraktar TB2” tipli silahlı pilotsuz uçuş aparatını vurub.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, pilotsuz uçuş aparatı idarəetmədən çıxdığı üçün Ukrayna hava qüvvələri tərəfindən təhlükəsizlik məqsədilə vurulub.
Ukraynanın vitse-prezidenti Andriy Yermak hadisədən sonra verdiyi ilk açıqlamada pilotsuz aparatın Rusiyaya aid olduğunu desə də, sonradan bu aparatın Ukrayna Hərbi Hava Qüvvələrinə aid olduğu üzə çıxıb.
Vasif