"Ukrayna silahlı qüvvələri Moskvaya silsilə zərbələr endirəcək" - “Financial Times”ın İDDİASI

Kremlə hücumda iştirakını inkar edən Ukrayna Rusiya prezidentinin iqamətgahına pilotsuz təyyarələr buraxmış ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” bir sıra mənbələrə və ekspertlərə istinadən məlumat yayıb.
"Yalançı bayraq əməliyyatı ilə bağlı şübhələrim var, çünki Putinə dəyən siyasi ziyan böyükdür", - qərbli diplomat şərh edib.
Qərb hərbi rəsmisi qəzetə deyib ki, Kiyevin Kremli vurmaq üçün imkanları var.
Amerikalı hərbi ekspert Maykl Kofmanın sözlərinə görə isə Ukrayna əməliyyatda "ən azı dolayısı ilə iştirak edib" və məqsəd "Rusiyanın zəifliyini göstərmək" olub. Bundan əlavə, o, "Amerika administrasiyası Rusiya ərazisinə hücumlara həmişə müsbət baxmır", deyib.
Qəzet onu da xatırladıb ki, Amerika kəşfiyyatı Ukrayna silahlı qüvvələrinin bundan sonra Moskvaya silsilə zərbələr endirmək niyyəti barədə məlumat sızdırıb.
Əzizə