“Xəstələrin əziyyət çəkməsinə dözmürdüm” - 20 koronavirus xəstəsini öldürən tibb bacısı

Bir müddət əvvəl Hollandiyanın Assen şəhərində saxlanılan 30 yaşlı tibb bacısı Teodor V-nin (soyadı açıqlanmır –red.) verdiyi ifadə ölkədə şok effekti yaradıb.
Sfera.az xəbər verir ki, “Wilhelmina” xəstəxanasında işləyən tibb bacısı 2020-ci ilin martından 2022-ci ilin mayına qədər ən azı 20 koronovirus xəstəsini öldürdüyünü etiraf edib.
Hakimin qarşısına çıxan Teodor, “xəstələrin daha çox əziyyət çəkməsinə dözə bilmədim" deyərək xəstələri öldürdüyünü açıqlayıb.
Teodorun həbsi həmkarlarına etdiklərini danışdıqdan sonra baş verib. Onun həmkarları vəziyyətdən narahat olduqlarından polisə məlumat veriblər.
İlkin istintaq müəyyən edib ki, tibb bacısı həkimlərin göstərişlərinə əməl etməyərək xəstələri öldürüb.
Teodorun hansı xəstələri öldürdüyü artıq müəyyənləşib və bununla bağlı zərər çəkənlərin yaxınlarına məlumat verilib.
Vasif