Tramp yenə gündəmdə: Onu keçmiş həyat yoldaşı ilə səhv saldı

Tramp yenə gündəmdə: Onu keçmiş həyat yoldaşı ilə səhv saldı

Sabiq ABŞ Prezidenti Donald Trampın son davranışı gündəm olub.

 

Sfera.az bildirir ki, Tramp ifadə verərkən onu təcavüzdə ittiham edən yazıçı Kerrolu keçmiş həyat yoldaşı Marla Maples ilə səhv salıb.  

 

Belə ki,  Nyu-Yorkda keçirilən dinləmədə münsiflərə sabiq prezidentin videoyazılı ifadəsi nümayiş etdirilib. Ötən ilin oktyabrında çəkildiyi deyilən videoda Trampa bir foto göstərilib.  "Bu, Marladır", deyə söyləyən Trampa vəkili  “Xeyr, bu Kerrolldur” deyərək düzəliş edir.

 

Qeyd edək ki, ötən həftələrdə “Elle Magazine” jurnalının keçmiş köşə yazarı, 79 yaşlı Kerroll məhkəməyə müraciət edib. O,  Trampın 1990-cı illərin ortalarında bir mağazanın paltardəyişmə otağında ona təcavüz etdiyini iddia edib. Məlumatı təkzib edən Tramp Kerrolun pul və şöhrət həvəskarı olduğunu söyləyib və 2019-cu ildə verdiyi açıqlamada "Onsuz da mənim tipim deyil”, - bildirib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR