Putinin sözçüsündən Priqojinin "Baxmutdan çıxacağıq" hədəsinə REAKSİYA

Putinin sözçüsündən Priqojinin

Kreml “Vaqner”in Baxmutdan çıxacağı haqda xəbərlərə reaksiya verib.

 

Sfera.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən danışıb.

 

“Biz “Vaqner”in rəhbəri Yevgeni Priqojinin bəyanatını mediada gördük. Amma bu barədə şərh verə bilmərəm. Bu, müharibənin gedişatına aiddir”, deyə o əlavə edib.

 

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin qoşunların mayın 10-da Baxmutdan çıxacağını açıqlayıb. O, bu qərarını döyüş sursatının olmaması ilə izah edib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR