“Özünə hörmət edən istənilən ölkə..." - Lavrovdan Kremlə hücumla bağlı AÇIQLAMA

“Özünə hörmət edən istənilən ölkə Kremlə açıq-aşkar dron hücumundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışmaqdan çəkinəcək”.
Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Hindistanda çıxış edən nazir bu fikirləri səsləndirib: “Kreml və dövlət başçısının iqamətgahı üzərində törədilən terror aktına gəlincə, biz münasibətimizi açıq şəkildə bildirmişik. Düşünürəm ki, daha çox insident və təxribat gözləmək lazım deyil”.
Lavrov qeyd edib ki, Rusiya hər zaman ABŞ-nin Ukraynanı silahla təmin etmək cəhdlərinin nəticələrinə hazır olub: “Hamı başa düşür ki, baş verənlər geosiyasidir. Əsas geosiyasi problemi həll etmədən, yəni Qərbin hegemonluğunu saxlamaq və hər kəsə öz iradəsini diktə etmək istəyi həll olunmadan, heç bir böhran həll olunmayacaq”.
Türkan