“Kremlə edilmiş hücumun qisası olacaq” – Ramzan Kadırov

Dünya
12:16 / 05.05.2023
2439
Çeçenistan rəhbəri Ramzan Kadırov Kremlə edilən hücumdan danışıb.
Sfera.az bildirir ki, o, bu barədə “Telegram” hesabında paylaşım edib. Kadırov qeyd edib ki, müasir Rusiya və onun müttəfiqlərinin vəzifələrindən biri dünyada ədalət institutlarını bərpa etməkdir.
“Baş verən təxribat müharibənin planlaşdırılan ssenarisini dəyişməməlidir və dəyişməyəcək də. Bəli, bu, prezidentə, Rusiyaya və nəticədə bütün xalqa qarşı hücumdur. Amma bu, bizim planlarımıza və maraqlarımıza təsir etməməlidir. Təbii ki, qisas da olacaq”, deyə Kadırov əlavə edib.
Türkan